EN

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin texnologiya şirkətlərindən rəqəmsal vergilər tutan dövlətlərə Amerika çiplərinin tədarükü rüsumlarını artıracağını və məhdudiyyətlər tətbiq edəcəyini bildirib.

"Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social"da paylaşım edib.

"Amerika Birləşmiş Ştatlarının prezidenti kimi mən bizim inanılmaz Amerika texnologiya şirkətlərimizə hücum edən dövlətlərə qarşı duracağam. Rəqəmsal texnologiyalara vergilər, rəqəmsal xidmətlər haqqında qanunlar və rəqəmsal bazarların tənzimlənməsi - bütün bunlar Amerika texnologiyalarına zərər vurmağa və onları ayrı-seçkiliyə məruz qoymağa yönəlib", - deyə o yazıb.

"Truth"dakı bu paylaşımla mən rəqəmsal vergilər, qanunvericilik, qaydalar və ya normativ aktlar tətbiq edən bütün ölkələri xəbərdar edirəm ki, əgər bu ayrı-seçkilik tədbirləri ləğv edilməzsə, mən Amerika Birləşmiş Ştatlarının prezidenti kimi bu dövlətlərin ABŞ-yə ixracına əhəmiyyətli əlavə rüsumlar tətbiq edəcəyəm və yüksək qorunan texnologiyalarımızın və mikrosxemlərimizin bu ölkələrə ixrac tədarükünə məhdudiyyətlər tətbiq edəcəyəm", - deyə Amerika lideri bildirib.

"Amerikaya və bizim heyrətamiz texnologiya şirkətlərimizə hörmət göstərin, ya da mümkün nəticələr haqqında düşünün", - Tramp əlavə edib.

Chosen
4
2
report.az

10Sources