EN

ABŞ və Cənubi Koreya ticarət sazişini razılaşdırıb

ABŞ və Cənubi Koreya ikitərəfli ticarət sazişinin şərtləri barədə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.

“Bəli, məncə, razılığa gəldik. Onların bəzi problemləri vardı, amma biz mövqeyimizdə qaldıq. Cənubi Koreya tərəfinin nümayəndələri razılığa gəldiyi sazişi imzalayacaqlar”, – deyə Tramp jurnalistlərə açıqlama verib.

ABŞ Prezidenti həmçinin həmkarını tərifləyib:

“O, çox yaxşı insandır, Cənubi Koreyanı çox yaxşı təmsil edir”, – deyə Tramp əlavə edib.

Chosen
71
2
apa.az

10Sources