EN

Mehriban xanım Əliyeva- Dövlətçiliyin və humanitar diplomatiyanın parlaq şəxsiyyəti

Şərəfli yol və Tarixi xidmətlər

Azərbaycan dövlətçiliyinin müasir mərhələsində böyük nüfuza və təsir gücünə malik olan şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Onun çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın inkişafına, milli-mədəni dəyərlərin qorunması və təbliğinə, humanitar diplomatiyanın, siyasi və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində və tərəqqisində Mehriban Əliyevanın fəaliyyəti əvəzsizdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların dəstəklənməsində, inkişaf və rifahın yüksəldilməsində, sosial ədalətin təmin olunmasında, humanitar siyasətin formalaşmasında mühüm rol oynayır.

Mehriban xanımın fəaliyyəti həm dövlət idarəçiliyinin çevikliyinə, həm cəmiyyətin hərtərəfli inkişafına və həm də ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə töhfə verir.

Onun şərəfli həyat yolu və tarixi xidmətləri xalqımızın yaddaşında əbədi iz buraxmaqdadır. Mehriban Əliyevanın fəaliyyəti dövlətimizin tərəqqisi, millətimizin gələcəyi naminə yüksək vətəndaşlıq mövqeyinin bariz nümunəsidir.

Dövlət idarəçiliyi və Birinci Vitse-prezident fəaliyyəti

2017-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti vəzifəsinə təyin olunan Mehriban xanım Əliyeva, dövlət idarəçiliyində yüksək peşəkarlıq, prinsipiallıq və humanist yanaşması ilə seçilir. Onun rəhbərliyi altında sosial məsələlərin həllinə, əhalinin rifahının yüksəldilməsinə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman və digər prioritet sahələrinin inkişafına xüsusi diqqət yetirilir.

Ən mühüm istiqamətlərdən biri kimi də şəhid ailələri, müharibə iştirakçıları və sosial həssas təbəqələrin dövlət qayğısı ilə əhatə olunmasıdır. Mehriban xanımın təşəbbüsləri sayəsində əhalinin rifahını yüksəltməyə xidmət edən sosial layihələr həyata keçirilir, dövlət və vətəndaş arasında qarşılıqlı etimad və həmrəylik daha da möhkəmlənir.

Birinci Vitse-prezidentin önəmli fəaliyyətlərindən biri də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə əzmlə xidmət etməsidir. Mehriban Əliyeva həm dövlət xadimi, həm də humanist şəxsiyyət kimi Azərbaycan tarixində öz imzasını atıb. Onun fəaliyyəti xalqımızın gələcəyi naminə sədaqətli xidmət nümunəsidir.

Humanitar diplomatiya və beynəlxalq nüfuz

Mehriban Əliyeva dünyada humanitar diplomatiyanın ən parlaq və nüfuzlu təbliğatçılarından sayılır. Onun təşəbbüsü ilə Bakıda, Qarabağda, Şərqi Zəngəzurda və digər regionlarımızda təşkil olunan beynəlxalq tədbirlər, forumlar, mədəniyyət festivalları, idman yarışları Azərbaycanın qlobal mədəniyyətlərarası dialoq və sülh mərkəzinə çevrilməsinə səbəb olmuşdur.

Mehriban xanımın təşəbbüsləri və fəaliyyəti nəticəsində Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi dünyada tanınır.

Mehriban Əliyevanın şaxələnmiş fəaliyyəti sosial siyasət və humanitar diplomatiya sahələrində strateji əhəmiyyətə malikdir. Onun bu sahədə təkrarolunmaz xidmətləri humanitar diplomatiyanın da dünyada getdikcə nüfuz qazanmasına səbəb olmuşdur.

Heydər Əliyev Fondunun fəaliyyəti – Qlobal humanizm nümunəsi

2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın və regionun ən iri, nüfuzlu ictimai-humanitar təşkilatına, qlobal dünyanın dayanıqlı inkişaf məqsədlərini reallaşdıran beynəlxalq sosial platformaya çevrilmişdir.

Chosen
29
1
aznews.az

2Sources