EN

Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşına hökm oxunub

Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kasvithan 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək.

Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycana gələn Malayziya vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb. Məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.

Chosen
21
6
avtosfer.az

7Sources