BAKI, 25 avqust. TELEQRAF
Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Hüseynovun heyətində yer aldığı “Arda” klubu səfərdə “Slaviya”nın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və görüşü əvəzolunmadan keçirib.
Qeyd edək ki, “Arda” 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.