Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlagörüşməyə ümid edir.
Trend-inməlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə bir sıra yenifərmanların imzalanması mərasimi zamanı jurnalistlərin suallarınıcavablandırarkən deyib.
"Əslində bir gün onu görəcəyəm. Mən onunla görüşməyə hazıram", -deyə D.Tramp KXDR və Kim Çen Inla bağlı sualı şərh edərkənbildirib.
"Biz nə vaxtsa görüşəcəyik. Mən həqiqətən buna hazıram", - deyəo təkrar edib.
ABŞ prezidenti əlavə edib ki, onun Kim Çen Inla çox yaxşımünasibəti var.