Qəbələ, 25 avqust, AZƏRTAC
Qəbələ şəhərində iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”-da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.