AZ

Qəbələdə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yaralalılar var

Qəbələ, 25 avqust, AZƏRTAC

Qəbələ şəhərində iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”-da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Seçilən
25
7
azertag.az

8Mənbələr