EN

Birinci yarımildə Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 864 milyon manatı ötüb

Bakı, 25 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz artaraq 864,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olub. Bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.

Chosen
16
12
azertag.az

10Sources