EN

16 yaşlı yeniyetmənin axtarışı üçün Füzulidə Baş Mil Kanalı qurudulub

Füzulidə Baş Mil Kanalı qurudulub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, buna səbəb 2 aya yaxın müddətdir Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.

Belə ki, yenitemənin axtarışları kanalın Mahmudlu kəndi ərazisindən keçən tunel hissəsində mümkün deyilmiş.

Kanalda suyun verilişinin dayandırılmasından FHN-nın əməkdaşları tuneldə suyun xüsusi texnikalarla boşaldılması və axtarış əməliyyatlarına başlayıb. Axtarış əməliyyatları davam etdirilir.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal olunur.

Chosen
14
9
far.az

10Sources