Gəncədə iki nəfər bıçaqlanıb.
Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Daşkəsən rayon sakini Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
İlkin məlumata görə, onlara xəsarət yetirən şəxs qohumlarıdır.
Faktla bağlı araşdırma başlanılıb.
***
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma davam etdirilir.