EN

Ağdərənin bəzi ərazilərində yeni yanğınlar başlayıb

Ağdərə rayonunun bəzi ərazilərində yeni yanğınlar müşahidə edilir. SİA-nın əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Sırxavənd kəndi ərazisində başlayıb. Kolluq ərazidə başlayan və qısa müddətdə yayılan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdərə və Ağdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Qeyd edək ki, rayonun Sırxavənd kəndi ərazisində bir müddət əvvəl də yanğın hadisəsi olmuşdu.

Chosen
25
21
sia.az

10Sources