AZ

Ağdərənin bəzi ərazilərində yeni yanğınlar başlayıb

Ağdərə rayonunun bəzi ərazilərində yeni yanğınlar müşahidə edilir...

"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Sırxavənd kəndi ərazisində başlayıb. Kolluq ərazidə başlayan və qısa müddətdə yayılan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) AğdərəAğdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Qeyd edək ki, rayonun Sırxavənd kəndi ərazisində bir müddət əvvəl də yanğın hadisəsi olmuşdu.

Poliqon.info

Seçilən
48
21
poliqon.info

10Mənbələr