EN

Neftçi Xorvatiya millisinin sabiq basketbolçusunu heyətinə qatıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 avqust, AZƏRTAC

"Neftçi" basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, xorvatiyalı basketbolçu Toni Perkoviç növbəti mövsümdə Bakı təmsilçisinin şərəfini qoruyacaq.

27 yaşlı müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış "Sedevita" klubunda çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orleans" klublarının uğurları üçün çalışıb. Son mövsümü isə İtaliyanın "Forli" klubunda keçirib.

Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
6
azertag.az

10Sources