EN

Jurnalistlər Laçında xidmət edən hərbi qulluqçuların məişət şəraiti ilə tanış olublar (FOTO/VİDEO)

Bakı.Trend:

Laçın rayonunda xidmət edən şəxsi heyətin döyüş hazırlığı vəməişət şəraitləri ilə tanış olmaq üçün media-tur keçirilib.

Trend xəbərverir ki, səfərin məqsədi Laçın rayonunda yerləşən hərbi hissədəxidməti döyüş fəaliyyətinin təşkili, eləcə də. orada AzərbaycanOrdusunun hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olmaqolub.

Əvvəlcə media nümayəndələri əsgər yeməkxanasında olub.Yeməkxanada hərbi qulluqçular gündəlik təzə və yüksək kaloriliqida, həmçinin, digər təminat növləri ilə tam təmin edilir. Dahasonra onlar hərbi hissənin müasir tələblərə cavab verən əsgəryataqxanasında da olublar. Burada da hərbi qulluqçuların məişətşəraitinin yaxşılaşdırması üçün lazımi işlər görülür.

Jurnalistlər daha sonra hərbi qulluqçuların təlim prosesinə vəsnayperlərin maskalanma prosesinə də şahidlik ediblər.

Media nümayəndələri hərbi hissədə yaradılan şəraitlə tanışolduqdan sonra hərbi qulluqçularla həmsöhbət olmaq imkanı da əldəediblər.

Azərbaycan ordusunun hərbi qulluqçusu bildirib ki, azad olunanərazilərimizdə xidmət etmək, vətənin keşiyində durmaqqürurvericidir:

“Hazırda xidmət etdiyimiz hərbi hissədə əsgər və zabitlər üçünbütün şərait yaradılıb. İstər təlimlər, istərsə də asudəvaxtlarımızın keçirilməsi üçün hər şey var. Ailələrimizlə görüşməküçün də bizə şans yaradılır, ailə üzvlərimizlə görüşə bilirik. Mənartıq bir neçə ildir bu hərbi hissədə xidmət edirəm və bununla fəxredirəm”.

Azərbaycan ordusunun digər bir hərbi qulluqçusu qeyd edib ki,həm torpaqlarımızın işğaldan azad edilməsində iştirak edib, həm dəbu gün vətənin keşiyində qürurla dayanır:

“Baxmayaraq ki, torpaqlarımız cəmi bir neçə ildir işğaldan azadolunub, bu illər ərzində Ali Baş Komandan İlham Əliyevin göstərdiyiqayğı nəticəsində məişət şəraiti, qida təminatı və yollarınqurulması yüksək səviyyədədir. Hərbi hissəmizdə bütün şəraitlərmövcuddur, çamaşırxanadan tutmuş yeməkxanaya qədər bütün şəraitimizgözəldir. Qidalanma əla səviyyədədir, təlimlərimiz vaxtındakeçirilir, hər şey qaydasındadır. Ailəli qulluqçularımız damütəmadi olaraq ailələrinə baş çəkə bilirlər”.

Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Chosen
77
1
az.trend.az

10Sources