EN

“Zəngəzur dəhlizi Türk dünyasına ən qısa yol olacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi strateji layihə kimi regionun gələcəyini dəyişəcək və Türk dünyasına, eləcə də Uzaq Şərqə ən qısa yol rolunu oynayacaq.

Onun sözlərinə görə, layihənin 30 illik proqnozuna əsasən, 147,6 milyard türk lirəsi (təxminən 3,6 milyard dollar) gəlir gətirəcəyi və 15 milyon ton yük dövriyyəsini təmin edəcəyi gözlənilir.

Nazir əlavə edib ki, Kars-İğdır-Aralıq-Diluqu dəmir yolu xətti sadəcə nəqliyyat layihəsi deyil, həm də regionun taleyini dəyişəcək strateji sərmayədir. Bu xətt Orta Dəhlizi gücləndirəcək və Türkiyəni beynəlxalq ticarətin mühüm qovşaqlarından birinə çevirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources