2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda 15 milyard 639,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Operativ Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Onun 15,1 milyard kVt-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.
İstilik elektrik stansiyalarında istehsal 12,6 milyard kVt-saat olub və əvvəlki illə müqayisədə 0,9 faiz artıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisinin həcmi isə 132,1 milyon kVt-saat təşkil edib ki, bu da illik müqayisədə 0,7 faiz azdır.
Hesabat dövründə su elektrik stansiyalarında istehsal 2 milyard 79,6 milyon kVt-saat səviyyəsində qeydə alınıb və 12,5 faiz artıb. Günəş elektrik stansiyalarında istehsal 334,2 milyon kVt-saat olub ki, bu da 13,1 faiz artıma bərabərdir. Külək elektrik stansiyalarında isə göstərici 27,5 milyon kVt-saat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 18,6 faiz azalıb.
Eyni zamanda, suyun təmizlənməsi və bölüşdürülməsi xidməti üzrə həcmlər 387 milyon kubmetrə çataraq 18,3 faiz artım nümayiş etdirib.