EN

Rəşidə Rəşidovanın 7 yaşlı tələbəsi idman karatesi üzrə turnirin qalibi olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 25 avqust, AZƏRTAC

“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında idman karatesi üzrə turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, beynəlxalq dərəcəli 3 Dan qara kəmər ustası Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da iştirak edib.

7 yaşlı idmançı 25 kiloqram çəki dərəcəsində yüksək nəticə göstərərək qalib adını qazanıb.

Turnirdə ümumilikdə 100 karateçi gücünü sınayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
97
1
azertag.az

2Sources