AZ

Rəşidə Rəşidovanın 7 yaşlı tələbəsi idman karatesi üzrə turnirin qalibi olub

BAKI, TurkicWorld, Zeynəb Babayeva

“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında idman karatesi üzrə turnir keçirilib.

TurkicWorld xəbər verir ki, yarışda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, beynəlxalq dərəcəli 3 Dan qara kəmər ustası Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da iştirak edib.

7 yaşlı idmançı 25 kiloqram çəki dərəcəsində yüksək nəticə göstərərək qalib adını qazanıb.

Turnirdə ümumilikdə 100 karateçi gücünü sınayıb.

Seçilən
53
1
turkic.world

2Mənbələr