Qırğızıstanın Qələbə zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışları dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bütün əməliyyat-axtarış tədbirləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.