EN

Çində “Kajiki” qasırğasının təhlükə səviyyəsi aşağı endirilib

Bakı, 25 avqust, AZƏRTAC

Çinin Haynan əyalətinin meteoroloqları “Kajiki” tropik qasırğasının təhlükə səviyyəsini aşağı salıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə bölgənin meteorologiya idarəsi məlumat yayıb.

Bildirilib ki, təhlükə birinci (ən yüksək) xəbərdarlıq səviyyəsindən üçüncü səviyyəyə endirilib.

Qasırğa daha əvvəl məşhur turizm kurort şəhəri Sanyanın yerləşdiyi Haynan adasının cənub sahillərindən keçib. Hazırda qasırğa əyalətdən uzaqlaşaraq Vyetnamın şimalına doğru irəliləyir. Qasırğanın mərkəzinə yaxın ərazidə küləyin sürəti 40 m/s-dır.

Çində dörd səviyyəli qasırğa xəbərdarlığı sistemi mövcuddur.

Chosen
16
3
azertag.az

4Sources