İspaniya LaLiqasının 2-ci həftəsində “Real Oviedo” və “Real Madrid” klubları qarşı-qarşıya gəlib.
Missiya.Az xəbər verir ki, matç kral klubunun 0-2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qarşılaşmanın 37-ci dəqiqəsində toru silkələyən fransalı forvard Kilian Mbappe 83-cü dəqiqədə fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə 90+3 dəqiqədə fərqlənən Brahim Diaz qoyub və “Real”ın 0-3 hesablı qələbəsini təmin edib.
Bununla da xallarının sayını 6-ya çatdıran paytaxt təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Daşqın Həsənov
Missiya.Az