EN

Cey Di Vens: Ukraynadakı münaqişənin altı ay ərzində həllinə ümid edirik

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynada davam edən münaqişənin qarşıdakı altı ay ərzində sona çatacağına inanır.

Far.Az xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına açıqlama verib.

"Bizim fəal diplomatiya aparan prezidentimiz var və bu, qan tökülməsinin qarşısını almaq üçün atılan ən doğru addımdır. Düşünürəm ki, amerikalılar bundan qürur duymalıdırlar. Nəticə istənilən formada ola bilər, amma ümid edirəm ki, bu müharibə üç aya, ən geci altı aya bitəcək. Ən əsası isə, prezidentimiz qanı dayandırmaq üçün bütün gücünü sərf edir", – deyə vitse-prezident vurğulayıb.

Chosen
20
far.az

1Sources