EN

Türkiyəni təmsil edən azərbaycanlı üzgüçü dünya çempionu olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycanlı üzgüçü Nüsrət Allahverdi dünya çempionu olub.

AZƏRTAC xəbər verir ki, 18 yaşlı idmançı Rumıniyada gənclər arasında keçirilən mundialda Türkiyə millisinin heyətinə qızıl medal qazandırıb.

O, 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 26,98 saniyə ilə finişə hamıdan tez çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Nüsrət Allahverdi ötən il Litvada keçirilmiş Avropa çempionatında eyni növ üzrə birinci yeri tutmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
21
azertag.az

10Sources