EN

Volodimir Zelenski Azərbaycana təşəkkür etdi

BAKI. 24 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Teleqraf xəbər xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini, eləcə də Ukraynaya və ukraynalılara hörmətini yüksək qiymətləndirirəm. Hörmətli Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz humanitar və digər sahələrdə dəstəyinə görə dost Azərbaycana çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik", - Ukrayna Prezidentinin paylaşımında deyilir.

Chosen
93
25
teleqraf.com

10Sources