AZ

Ukrayna Prezidenti ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib

Bakı, 24 avqust, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirən V.Zelenski vurğulayıb: “Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”.

Seçilən
16
25
azertag.az

10Mənbələr