İranın ilk Olimpiya çempionu İmam Əli Həbibi 94 yaşında vəfat edib.
Bu barədə İran Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, sərbəst güləşçi 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Olimpiadada 67 kq çəki dərəcəsində qalib gələrək İranın ilk qızıl medalını qazanıb.
Həbibi üç dəfə (1959, 1961, 1962) dünya çempionu olub. 1958-ci ildə Asiya Oyunlarında qızıl medal qazanıb.
Oxu.az
Tarix: 24 Avqust 2025, 19:56