EN

Lavrov: İstanbulda Ukrayna ilə danışıqları davam etdirməyə hazırıq

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna ilə İstanbulda başlanmış birbaşa danışıqları davam etdirməyə hazırdır.

Far.Az xəbər verir ki, Lavrov bu fikirləri NBC News telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Alyaska sammitindən sonra ABŞ lideri Donald Trampla telefon danışığında da bu mövqeyi təsdiqləyib.

Nazirin açıqlamasına görə, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında birbaşa görüş məsələsi hələlik müzakirə olunmayıb. Lavrov əlavə edib ki, bu mövzu sonradan, Vaşinqtonda Donald Tramp və onun qonaqları arasında keçirilən görüş zamanı gündəmə gətirilib.

Chosen
62
50
far.az

10Sources