EN

Abşeronda azyaşlı çoxmərtəbəli binadan yıxılaraq öldü - FOTO

Abşeron rayonunda faciəvi hadisə baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.


Bizim.Media

Chosen
60
10
bizim.media

10Sources