ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna və İsveç hər iki ölkədə müdafiə təyinatlı məhsulların birgə istehsalına dair razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal "Telegram" kanalında məlumat verib.
Müvafiq saziş İsveçin müdafiə naziri Pol Yonsonun Ukraynaya səfəri zamanı imzalanıb.
Şmıqalın sözlərinə görə, xüsusi diqqət hərbi aviasiya sektoruna, ukraynalı pilotların hazırlanmasına və iki ölkə şirkətləri arasında layihələrin həyata keçirilməsinə yönələcək.
Ukraynalı nazir həmçinin bildirib ki, "ACS 890" radiolokasiya kəşfiyyatı təyyarələri İsveçdən Ukraynaya təhvil verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.