EN

Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış oldu: Ölən və xəsarət alanlar var

BAKI, 24 avqust. TELEQRAF

Moskvanın Mərkəzi Uşaq Mağazasında partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV-lər məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb. Onlardan ikisi xəstəxanaya aparılıb, birinə isə hadisə yerində tibbi yardım göstərilib.

Hadisə zamanı mağazada olan müştərilər və personal administrasiya tərəfindən dərhal təxliyə olunub. Binanın ətrafı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb, Lubyanka meydanında hərəkət məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyi yanğın əlamətlərinin aşkar edilmədiyini bildirib. Partlayışın səbəbinin balonun hermetikliyini itirməsi olduğu ehtimal edilir. Zərbə dalğasından binada şüşə qapılar qırılıb, tavan plitələri dağılıb və zəif tüstülənmə müşahidə olunub.

Qeyd edək ki, bu, son bir il ərzində Mərkəzi Uşaq Mağazasında ikinci belə hadisədir. Mart ayında mağazanın birinci mərtəbəsində yerləşən kafedə yanğın baş vermiş, 100 nəfər təxliyə olunmuş, xəsarət alan olmamışdı.

Moskva prokurorluğunda hadisə ilə bağlı araşdırma başladıb.

Chosen
53
teleqraf.com

1Sources