EN

Binədə evdən oğurluq edən şəxs saxlanıldı


Avqustun 21-də paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Bu barədə ️DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Chosen
13
20
baki-xeber.com

10Sources