AZ

Binədə evdən 7000 manat oğurlandı - Saxlanılanlar var

Binə qəsəbəsində evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azreform.info -a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb.
 

Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
48
21
azreform.info

10Mənbələr