EN

Kanadanın Baş naziri Polşa, Almaniya və Latviyaya səfər edəcək

Kanadanın Baş naziri Mark Karni avqustun 25-dən 27-dək Polşa, Almaniya və Latviyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kanadanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kanada lideri səfər zamanı Avropa müttəfiqləri ilə münasibətləri gücləndirməyə diqqət yetirəcək. M. Karni ticarət, enerji, kritik minerallar və kollektiv müdafiə də daxil olmaqla əsas sahələrdə əməkdaşlığı inkişaf etdirməyi müzakirə edəcək.

Kanadalı nazirin Berlində Almaniya Kansleri Fridrix Mertslə görüşəcəyi də bildirilir.

Chosen
56
5
bakivaxti.az

7Sources