EN

Zabratda 26 yaşlı gənc yarımtikilidən yıxılaraq öldü

Paytaxtın Sabunçu rayonunda ölüm hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 24-nə keçən gecə Zabrat qəsəbəsində baş verib.

26 yaşlı Sənan Elxan oğlu Xəlilov əvvəllər zavod kimi fəaliyyət göstərən ərazidə yarımtikilinin ikinci mərtəbəsindən yıxılıb. S.Xəlilov baş nahiyyəsindən aldığı xəsarətlərdən ölüb.

Hadisənin dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.

Chosen
10
3
bakivaxti.az

4Sources