EN

Maduro ABŞ-nin təhdidinə cavab olaraq Venesuelanın səfərbərliyini yüksək qiymətləndirib

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin müdaxilə təhlükəsinə cavab olaraq Milli Bolivar Polis Təşkilatına səfərbərlik və qəbul kampaniyasını müsbət qiymətləndirib.

"Report"un məlumatına görə, N. Maduroa bu barədə "Venezolana de Television" kanalında yayımlanan müraciətində danışıb.

"Bu gün müdafiə sisteminin bütün xalq, hərbi və polis qüvvələrinin dinamik yenidən təşkilinin uğurlu başlanğıcı qoyuldu", - deyə o qeyd edib.

O vurğulayıb ki, ölkə boyu həyata keçirilən Milli Bolivar Polis Təşkilatı və ehtiyatda olanların sıralarının artırılması kampaniyası Venesuela xalqının gücünü, birliyini və vətənpərvərliyini nümayiş etdirir.

Maduro qeyd edib ki, avqustun 24-də bütün ölkədə davam edəcək ehtiyatda olanların və xalq milisinə qəbulu "milli suverenliyin müdafiəsində bolivar xalqının döyüş ruhunu gücləndirir".

Onu da bildirək ki, Milli Bolivar Polis Təşkilatı sıralarının artırılmasına qədər 4,5 milyon milis üzvünə malik idi.

Chosen
27
1
report.az

2Sources