EN

ABŞ sualtı atom qayıqlarına nəzarət üçün təyyarəni Qrenlandiyaya göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri nüvə silahı daşıyan sualtı qayıqlara nəzarət məqsədilə Qrenlandiyaya Boeing E-6B təyyarəsi göndərib.

APA xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

“Sualtı nüvə qayıqları ilə əlaqəni təmin edə bilən ABŞ hərbi komandanlıq təyyarəsi Qrenlandiya yaxınlığında ‘qeyri-adi’ uçuş zamanı müşahidə olunub”, – məlumatda deyilir.

Qeyd olunur ki, ABŞ Hərbi Dəniz Qüvvələri E-6B hava komanda məntəqəsinin Qrenlandiyadakı kosmik bazada yerləşdirilməsini təsdiqləyib.

Chosen
23
1
apa.az

5Sources