EN

Gənclər “Yay Fest”də bir araya gəliblər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiət qoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” çərçivəsində avqustun 18-dən 22-dək keçirilən “Müstəqillik tarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Gənclər Fondundan bildirilib.

Respublikanın müxtəlif regionlarından olan 250 gənc beş gün boyunca bir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar. Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik və ədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindən öyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimi formalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

Düşərgənin proqramında dövlətimizin müstəqillik tarixinin gənclərə aşılanması və milli dövlətçilik dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi məqsədilə görüş, interaktiv fəaliyyətlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib.

Düşərgə müddətində 20 Yanvar hadisələrinin canlı şahidi olmuş fotomüxbir Rasim Sadıxovla baş tutan “Tarixin kadrlarında” görüşü gənclərə müstəqilliyə gedən yolda yaşanan tarixi hadisələrin mahiyyətini və milli azadlıq uğrunda göstərilən fədakarlığın əhəmiyyətini daha dərindən hiss etdirib. İştirakçılar nadir fotoşəkillər və şəxsi müşahidələr vasitəsilə Azərbaycanın müstəqillik və suverenlik tarixini dərindən öyrənmək imkanı qazanıblar.

Bununla yanaşı, “Texnoloji inkişaf: Sərhədsiz potensial” və “Beynin sirləri” panel görüşləri, interaktiv fəaliyyətlər - yoqa dərsləri, kətan üzərində rəsm master-klası, airsoft təlimi, intellektual oyun, karate idman növü üzrə master-klas gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, düşərgə zamanı fləş-mob keçirilərək, iştirakçılar tərəfindən sülhün rəmzi olan göyərçin simvolu canlandırılıb.

Hər günün yekununda konsert proqramı, musiqili müsabiqələr və ocaq ətrafında səmimi söhbətlər təşkil edilib.

Avqustun 29-dək davam edəcək “Yay Fest 2025” çərçivəsində, ümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beşinci dəfədir ki, təşkil edilən “Yay Fest” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri3223.08.2025 [20:21]32 ildən sonra Cəbrayıl şəhərinin 3 şagirdi tələbə adını qazanıb“Gənc23.08.2025 [15:15]“Gənc alimlərin yay düşərgəsi”nin iştirakçıları Qazaxın görməli yerlərinə ekskursiya ediblərSus23.08.2025 [14:22]Sus kənd məktəbində 33 ildən sonra ilk məzunlar tələbə adını qazanıblarCüdo23.08.2025 [13:26]Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblərAğdərənin23.08.2025 [12:27]Ağdərənin Talış kənd tam orta məktəbinin məzunlarının hər biri tələbə adını qazanıbNaxçıvanda22.08.2025 [20:52]Naxçıvanda növbəti "Təmiz hava" aylığı tədbiri keçirilibQəbələ22.08.2025 [19:14]Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərə sertifikat təqdim olunubNDU-nun22.08.2025 [19:08]NDU-nun 11 tələbəsi beynəlxalq təqaüd proqramının qalibi olubBaş22.08.2025 [19:06]Baş Muğan kanalında kişi meyiti tapılıb

2025 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
41
8
azerbaijan-news.az

10Sources