EN

"Fənərbağça" meksikalı futbolçu ilə müqavilə imzaladı

Türkiyənin "Fənərbağça" komandası heyətinə yeni futbolçu qatıb.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Vest Hem" komandasından Edson Alvaresi icarə əsasında transfer edib.

Meksika millisinin yarımmüdafiəçisi 2025-2026-cı illər mövsümündə Türkiyə klubunun formasını geyinəcək. "Fənərbağça" mövsümün futbolçusunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Edson Alvares "Vest Hem"ə 2023-cü ildə Niderlandın "Ayaks" klubundan keçib.

Chosen
57
3
day.az

4Sources