EN

Gümrüdə Rusiya bazasına dəstək aksiyası: Ermənistandan getməyin

BAKI, 23 avqust. TELEQRAF

Müxalif “Ana Ermənistan” Partiyası Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının müdafiəsi üçün etiraz aksiyası təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Aksiyanın təşkilatçısı, partiya sədri Andranik Tevanyan tərəfdarlarını baş verənlərə boyun əyməməyə çağırıb.

A.Tevanyan Nikol Paşinyan hökumətini Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa çalışmaqda ittiham edib. Partiya rəhbəri 102-ci bazanın ölkədə qalmalı olduğunu bildirib.

Chosen
45
teleqraf.com

1Sources