Bakı. Trend:
Prezident Donald Trampın bağladığı yeni müqaviləyə əsasən,Birləşmiş Ştatlar "Intel" şirkətində 10% paya malik olacaq.
Trend xəbər verir ki, bubarədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkə hesabındayazıb.
O qeyd edib ki, səhmlər ABŞ-yə pulsuz çatacaq.
"Sövdələşmə barədə şirkətin baş direktoru Lip-Bu Tan ilərazılığa gəldim. Səhmlər hazırda təxminən 11 milyard dollardəyərindədir", - Tramp əlavə edib.