AZ

ABŞ "Intel" şirkətində pulsuz 10 faizlik paya malik olacaq

Prezident Donald Trampın bağladığı yeni müqaviləyə əsasən, Birləşmiş Ştatlar "Intel" şirkətində 10% paya malik olacaq.

Day.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, səhmlər ABŞ-yə pulsuz çatacaq.

"Sövdələşmə barədə şirkətin baş direktoru Lip-Bu Tan ilə razılığa gəldim. Səhmlər hazırda təxminən 11 milyard dollar dəyərindədir", - Tramp əlavə edib.

Seçilən
17
2
day.az

3Mənbələr