EN

ABŞ-da zavodda partlayış baş verib

ABŞ-da zavodda partlayış baş verib

Luiziana ştatının Roseland şəhərində avtomobil sənayesi üçün sürtkü yağları istehsal edən "Smitty's Supply" zavodunda partlayış baş verib.

AFN.az xəbər verir ki, bu barədə "Fox News" kanalı məlumat yayıb. Zavodun yaxınlığında yaşayan insanlara təxliyə əmri verildiyi bildirilir.

Telekanalın məlumatına görə, yerli hakimiyyət orqanları zavoddan bir mil (1,6 km) radiusda məcburi təxliyə elan edib. Kanalın yayımladığı kadrlarda zavoddan böyük qara tüstünün qalxdığı görünür.

Hadisə yerində təcili xidmətlər işləyir. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Chosen
22
afn.az

1Sources