EN

Pəncərədən evə girib 7000 manat oğurladı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəzər rayonunda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs gecə saatlarında qəsəbə sakinlərindən birinin evinin pəncərəsini qıraraq içəri daxil olar və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
4
qafqazinfo.az

10Sources