EN

Üç ay əvvəl Rusiya-Ukrayna müharibəsində ölübmüş - Ailəsi indi bildi...

Üç ay əvvəl Rusiya-Ukrayna müharibəsində ölübmüş - Ailəsi indi bildi...

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

AFN.az APA-ya istinadən xəbər verir ki, Şəmkir şəhərində anadan olan, Rusiya vətəndaşı 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.

O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.

Onun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan R. Kazımov subay olub.

Chosen
41
27
afn.az

10Sources