EN

Qalatasaray la Spartak razılaşdı: Kolumbiyalı Moskvaya köçür

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qalatasaray"ın mərkəz müdafiəçisi Karlos Kuesta Moskva "Spartak"ına keçmək üzrədir.

Oxu.Az "Atençao, Vascaínos" saytına istinadən xəbər verir ki, klubların nümayəndə heyətləri transferin bütün təfərrüatları ilə bağlı tam razılığa gəliblər və müqavilə bağlayıblar.

Mənbənin məlumatına görə, futbolçunun transferi həll olunmuş hesab edilir. O, gələcəyini və Rusiyada oynamaq istəyini dəqiq müəyyən edib. O da bildirilir ki, indi kolumbiyalı ilə maraqlanan "Vasko da Qama" müdafiənin mərkəzini gücləndirmək üçün başqa namizədlər axtaracaq.

Daha əvvəl mətbuatda Rusiya klubunun 26 yaşlı futbolçu üçün sabit məbləğ olaraq 6.5 milyon avro ödəyəcəyi, "Qalatasaray"ın isə daha 2 milyon avro mükafat ala biləcəyi barədə məlumatlar yayılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
oxu.az

1Sources