Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarətəməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 528 milyon ABŞ dolları və ya 26,7% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 8,68%-i həcmində olub. Bununla da Çin hesabatdövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında dördüncü pillədə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Çinə 53,3 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 41,7 milyon ABŞ dolları və ya 4,5 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki,bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 487 milyon ABŞ dollarıvə ya 1,2 dəfə artım deməkdir. Bununla da hesabat dövründə ÇinAzərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birincipillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.