AZ

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 6% artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Amerika BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 760,6 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 42,9 milyon ABŞ dolları və ya 6% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,64%-i həcmində olub. Bununla da ABŞAzərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsırasında 7-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Amerika BirləşmişŞtatlarına 42,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,2 milyon ABŞ dolları vəya 2,4 dəfə azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında ABŞ-dənAzərbaycana 718,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 104,1 milyon ABŞ dolları vəya 16,9% artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsulidxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan ABŞ-yə 41,5 milyon ABŞ dolları dəyərində qeyri-neftməhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı iləmüqayisədə 61,5 milyon ABŞ dolları və ya 2,5 dəfə azdır.

Hesabat dövründə ABŞ-yə qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracında 1,99% paya sahib olub. Bununla dasözügedən ölkə Azərbaycandan 9-cu ən çox qeyri-neft məhsulları alanölkə olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Seçilən
13
2
az.trend.az

3Mənbələr