Lerikdə Qələbin şəlaləsinin ətrafı tullantılardan təmizlənib.
Axar.az xəbər verir ki, bu barədə Report-a Lerik Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl həmin sahə əraziyə gələn turistlər tərəfindən tullantılarla çirkləndirilib: "Əraziyə meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları cəlb olunub və sözügedən tullantılar yığışdırılıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə Qələbin şəlaləsinin yerləşdiyi ərazinin müxtəlif tullantılarla çirkləndirilməsi ilə bağlı görüntülər yayılıb.