EN

Suriya İsraillə təhlükəsizlik müqaviləsi imzalanması xəbərlərini inkar edib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Suriya İsraillə təhlükəsizlik müqaviləsi xəbərlərini inkar edib.

TurkicWorldxəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi sentyabrın 25-də İsraillə təhlükəsizlik müqaviləsi imzalanacağına dair yayılan xəbərləri rədd edib.

Nazirliyin Media Departamentinin Koordinasiya və Kommunikasiya İdarəsi iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı iddiaları inkar edib. Bununla yanaşı, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani Parisdə İsrail nümayəndə heyəti ilə görüşərək regionda sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması və Sveyda əyalətində atəşkəsin monitorinqi kimi məsələləri müzakirə edib.

Qeyd edək ki, bu açıqlama Suriya və İsrail arasında ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalanacağına dair iddiaların yayılmasından sonra verilib.

Chosen
49
turkic.world

1Sources